Dünyada 1 milyon növün kökü kəsilmək üzrədir

Dünyada 1 milyon növün kökü kəsilmək üzrədir

Dünyada 1 milyon növ kökü kəsilmək riskilə üz-üzədir. Bu haqda alimlər mayın 6-da açıqladıqları hesabatda xəbərdarlıq edirlər. Hesabat Birləşmiş Ştatlar, Rusiya və Çin daxil 130 ölkə tərəfindən təsdiqlənib.
 
Hesabatın gəldiyi qənaətə görə, qlobal iqtisadi və maliyyə sisteminin yalnız hərtərəfli bərpası dünyanın canlı icmalarının gələcəyi üçün vacib ekosistemləri məhv olmaq təhlükəsindən qurtara bilər.
 
BMT-nin Qlobal Dəyərləndirmə hesabatını 50 ölkədən 145 ekspert hazırlayıb.
 
Belə bir nəticə əldə olunub ki, dünyadakı 8 milyonluq bitki, böcək, heyvan növlərinin 1 milyona qədəri məhv olma təhlükəsi ilə üz-üzədir, bəzilərinin kökü bir neçə on ilə kəsilə bilər.
 
​Riski nə yaradır
 
Bəzi canlıların son 10 milyon ildə görünməmiş sürətlə yoxa çıxdığı bildirilir. Bu temp Yer kürəsini 66 milyon il öncə kərtənkələ ombalı dinozavrların kütləvi məhvindən bəri ilk kütləvi məhvolmaya sürükləyə bilər.
 
Dünya mövcud riskləri önləmək istəyirsə, iqtisadiyyatlar üçün yeni postartım forması qəbul etməlidir. Həmin risklərin isə çirklənmə, karbon emissiyaları, növlərin məskunlaşdığı yerlərin məhvi nəticəsində ortaya çıxdığı vurğulanır.
Hesabatda sənaye əsaslı kənd təsərrüfatının və balıqçılıq növləri kəsilməsi arxasında duran əsas səbəblər kimi göstərilir.
 
“Yer üzündə əsas, qarşılıqlı əlaqəli həyat toru getdikcə kiçilir və dağılır”, – araşdırmanı aparmış BMT platformasının həmsədri, Professor Josef Settele deyib.
 
“Bu itki birbaşa insan fəaliyyətinin nəticəsidir və dünyanın bütün regionlarında insanların rifahına birbaşa təhdid yaradır”, – o, sözlərinə əlavə edib və qısa müddətli perspektivdə insanlara risk olmadığını vurğulayır.
 
Sənəddə gərəkən addımlar da sadalanır: ət istehlakı azaldlmalı, tropik ölkələrdə səhralaşmanın qarşısı alınmalı, dəbdəbəli istehlak təbliğ olunmamalı, aşağı artımlı iqtisadiyyat konsepsiyası qəbul olunmalıdır və sairə. /azadliq.org /
 

 

Google+ WhatsApp ok.ru