DİN: Bakıdan giriş-çıxış yalnız ‘icaze.e-gov.az’ portalında qeydiyyatdan sonra həyata keçiriləcək 04 Avqust 2020 18:06 Ölkə Avqustun 5-dən Bakıdan rayonlara “icaze.e-gov.az” saytında qeydiyyatdan keçmiş və icazəsi olan şəxslər gedə biləcəklər. Bu barədə DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi avqustun 31-dək uzadılır. Bununla yanaşı, Bakıda və daha 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi fəaliyyət göstərir. Həmin şəhərlərdə və rayonlarda giriş-çıxışa nəzarəti polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları həyata keçirəcəklər. Postlardan “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmiş şəxslər və nəqliyyat vasitələri buraxılacaq, DİN-in nümayəndəsi bildirib. Lakin məlum olmur ki, bundan öncə “icaze.e-gov.az” portalında verilmiş icazələr avtomatik olaraq uzadılacaq, ya yox. O da məlum deyil ki, icazəni arzu edənlərin hamısı alacaq, yoxsa öncədən bu icazəsi olan şəxslər və təşkilatlar ala biləcək. Eyni zamanda avqustun 3-də keçirilən brifinqdə ASAN xidmətin rəhbəri Ülvi Mehdiyev tammailə bunun əksini deyib: rayonlara səfər üçün portalda qeydiyyat lazım deyil, yazılı ezamiyyət vəsiqəsi lazım olacaq. Teqlər : #DİN:,#Bakıdan,#girişçıxış,#yalnız,#‘icaze.egov.az’,#portalında,#qeydiyyatdan,#sonra,#həyata,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 5 avqustda gözlənilən hava şəraiti açıqlanı İcaze.e-gov.az portalından icazələr bu formada alınacaq