Dağıstanda Azərbaycana qayıtmağı gözləyən 270 nəfər qalıb

Dağıstanda Azərbaycana qayıtmağı gözləyən 270 nəfər qalıb

Bu rəqəm artacaq...

Sentyabrın 23-də 448 nəfər Azərbaycan vətəndaşından ibarət növbəti qrup koronavirus pandemiyası ilə əlaqədar bağlanmış Rusiya-Azərbaycan sərhədində xüsusi dəhlizdən keçərək Dağıstandan Azərbaycana qayıdıb. Bu barədə cümə axşamı “Azadlıq” radiosu məlumat yayıb. Hazırda Kullar qəsəbəsi yaxınlığındakı müvəqqəti çadır məntəqəsində Azərbaycana qayıtmağı gözləyən 270 nəfər qalıb. “Bu rəqəm artacaq, çünki Azərbaycana qayıdan vətəndaşlar hələ də rayona gəlirlər”, deyə Dağıstan rayon administrasiyasının mətbuat xidməti bildirib. 400 azərbaycanlıdan ibarət əvvəlki qrup sentyabrın 15-də Dağıstandan göndərilib.  

Google+ WhatsApp ok.ru