'Böyük iyirmiliyin' toplaşacağı vaxt bəlli oldu

'Böyük iyirmiliyin' toplaşacağı vaxt bəlli oldu

“Böyük iyirmilik” ölkələri növbəti sammitin bu il onlayn formatda keçiriləcəyini bəyan ediblər.
 
Maide.Az "sputnik"ə istinadla bildirir ki, bu barədə G-20-nin saytında məlumat yer alıb.
 
Tədbir noyabrda keçiriləcək. Orada sədr Səudiyyə Ərəbistanı olacaq.
 
“G20 liderlərinin sammiti noyabrın 21-22-də onlayn formatda, Əlahəzrət kral Salman ben Əbdül Əziz əl Səudun sədrliyi ilə keçiriləcək”, - məlumatda deyilir.
 
G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur. Ümumilikdə G20 dünyanın ümumi milli məhsulunun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət də daxil olmaqla) və dünya əhalisinin üçdə ikisini ehtiva edir. Kluba 20 milli iqtisadiyyat - ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, İndoneziya, İtaliya, Hindistan, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Birliyi daxildir.
 

Google+ WhatsApp ok.ru