Bu surəni oxuyan Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) dostları sırasında olar

Bu surəni oxuyan Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) dostları sırasında olar

Məşhur nəzərə görə, “Səcdə” surəsi Məkkədə nazil olmuş və 30 ayədən ibarətdir. Bəzi təfsir alimləri bu surənin bütünlüklə Məkkədə nazil olduğunu qeyd etdikləri halda, bəziləri onun üç ayəsinin (18-20-ci ayələrin) Mədinədə nazil olduğunu bildirmişlər. Halbuki bu üç ayənin Mədinədə nazil olması ilə bağlı heç bir nişanə gözə çarpmır.
 
Bəzi rəvayətlərdə və təfsir alimlərinin qeydlərində uyğun surə “Səcdə” və “Əlif, lam, mim”, bəzi rəvayətlərdə isə “Əlif, lam, mim, tənzil” adları ilə göstərilmişdir.
 
“Səcdə” surəsi “müqəttəə” hərfləri ilə başlayan 29 surədən biridir və ondan dərhal sonra Qurani-Kərim vəsf edilir, onun Allah tərəfindən göndərilməsi və möhkəmliyindən söz açılır.
 
1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
مَنْ قَرَاَ الم تَنْزِیْل وَ تَبارَکَ الَّذِى بِیَدِهِ الْمُلْکُ، فَکَاَنَّما اَحْیا لَیْلَهَ الْقَدْرِ
 
“Hər kim “Əlif, lam, mim, tənzil” (“Səcdə”) və “Təbarəkəl-ləzi biyədihil-mulk” (Mülk) surələrini oxusa, sanki “Qədr” gecəsini əhya saxlamışdır.”(“Məcməul-bəyan”, 8-ci cild, səh.324.)
 
2. İmam Sadiq (ə) buyurmuşdur:
 
مَنْ قَرَاَ سُورَهَ السَّجْدَهِ فِی کُلِّ لَیْلَهِ جُمُعَه اَعْطَاهُ اللَّهُ کِتَابَهُ بِیَمِینِهِ وَ لَمْ یُحَاسِبْهُ بِمَا کَانَ مِنْهُ وَ کَانَ مِنْ رُفَقَاءِ مُحَمَّد(صلىاللهعلیه وآله) وَ اَهْلِ بَیْتِهِ
 
“Hər kim “Səcdə” surəsini hər cümə axşamı oxusa, Allah-Taala onun əməl dəftərini sağ əlinə verər, keçmiş günahlarını bağışlayar, Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) dostlarının sırasına qatılar.”(“Məcməul-bəyan”, 8-ci cild, səh.325.)
 
Aydındır ki, bu qədər savab təfəkkür və əməllə yanaşı oxunuşa aiddir.
 
 Maide.az 
 

Google+ WhatsApp ok.ru