Bu surəni oxuyan cənnət əhlindən olar

Bu surəni oxuyan cənnət əhlindən olar

“Hörümçək” mənasını daşıyan və 69 ayədən ibarət olan “Ənkəbut” surəsi Qurani-Kərimin 20 və 21-ci cüzlərində yer almışdır.
 
Bir qrup təfsir alimlərinin məşhur nəzərinə görə, bu surə bütövlükdə Məkkədə nazil omuşdur. Surənin möhtəvası Məkkədə nazil olmuş surələrin möhtəvası ilə mütənasib olduğundan, tövhid və məad bəhslərindən, keçmiş peyğəmbərlərin qiyamından, onların zülmkar müşriklər və bütpərəstlərlə mübarizəsi və nəhayət, bu zülmkar zümrəyə qələbəsindən söz açılır.
 
 
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
وَمَن قَرَأ سورَةَ العَنکَبوتِ کانَ لَهُ مِنَ الأجرِ عَشرُ حَسَنات بِعَدَدِ کُلِّ المُؤمِنِینَ وَالمُنافِقینَ;
 
“Ənkəbut surəsini oxuyan şəxsə mömin və münafiqlərin hər birinin sayı qədər on yaxşılıq əta olunar.” (“Məcməul-bəyan”, 8-ci cild, səh.5.)
 
Bu surə ilə “Rum” surəsini mübarək Ramazan ayının 23-cü gecəsində tilavət etməyin çoxlu fəziləti, savabı vardır.
 
İmam Sadiq (ə) bu haqda buyurmuşdur:
 
مَن قَرَأَ سورَةَ العَنکَبُوتِ وَالرُّومِ فی شَهرِ رَمَضانَ لَیلَةَ ثَلاث وَعِشرِینَ فَهُوَ وَاللّهِ مِن أهلِ الجَنَّةِ لا أستَثنی فیهِ أبَداً وَلا أخافُ أن یَکتُبَ اللّهُ عَلَىَّ فی یَمینی إثماً وَإنَّ لِهاتَینِ السُّورَتَینِ مِنَ اللّهِ مَکاناً;
 
“Ənkəbut və Rum surələrini Ramazan ayının 23-cü gecəsində tilavət edən şəxs, and olsun Allaha ki, cənnət əhlindən qərar verilər. Mən bu məsələdə heç kimi istisna etmirəm və bilirəm ki, bu qəti andıma görə Allah mənə günah yazmayacaqdır. Şübhəsiz, bu iki surənin Allah dərgahında məqamı böyükdür.” (“Nurus-səqələyn”, 4-cü cild, səh.147.)
 
 Maide.az 
 
 
 

Google+ WhatsApp ok.ru