Bu il seysmoloji baxımdan ən aktiv bölgə Xəzər dənizi olub

Bu il seysmoloji baxımdan ən aktiv bölgə Xəzər dənizi olub

Bu il Azərbaycanda seysmoloji baxımdan ən aktiv bölgə Xəzər dənizi olub.
 
AMEA Respublika Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən illərdən fərqli olaraq, bu ilin birinci yarısı ərzində ölkə ərazisində güclü, dağıdıcı zəlzələ baş verməyib.
 
Bu ilin altı ayı ərzində büro tərəfindən 5303 (uzaq, regional və Azərbaycan) zəlzələ qeydə alınıb. Həmin zəlzələlədən 2029-u yerli, 2134-ü isə regional zəlzələlər olub. 1140 isə uzaq zəlzələlərdir. İlin birinci yarısında Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3-dən yuxarı olan (ml>3) 47 zəlzələ qeydə alınıb ki, onlardan da 11-i hiss edilən zəlzələlərdir.
 
Qeyd edək ki, 2019-cu il ərzində hesabat təqdim edilən vaxta qədər RSXM-nin seysmik stansiyaları tərəfindən 13 minə yaxın zəlzələ qeydə alınmışdır. Zəlzələlərin təxminən 5300-ü yerli, 6700-dən çoxu regional olub. Azərbaycan ərazisində baş verən zəlzələlərdən 79-nun maqnitudası 3-dən yuxarı olan zəlzələlərdir. Respublika ərazisində il ərzində 25 hiss olunan zəlzələ baş vermişdir. Ən güclü zəlzələ isə 05 fevral 2019-cu il tarixində Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınmışdır. Həmin zəlzələnin maqnitudası 5.2 olub.
 

Google+ WhatsApp ok.ru