Bu gecədən Bakı və Abşeronda hava qeyri-sabit keçəcək -XƏBƏRDARLIQ

Bu gecədən Bakı və Abşeronda hava qeyri-sabit keçəcək -XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
 
Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü  olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
 
Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.