Britaniya jurnalisti: 'Səudiyyə rejiminin Suriyaya silah göndərməsinə dair dəlillər var'

Britaniya jurnalisti: 'Səudiyyə rejiminin Suriyaya silah göndərməsinə dair dəlillər var'

İngilis jurnalisti Robert Fisk, Səudiyyə rejiminin Suriyadakı terror təşkilatlarına silah satışında iştirakına dair dəlillərin olduğunu təsdiqləyib. "SANA" agentliyinin məlumatına görə, İngiltərənin "The İndependent" qəzetində dərc olunan məqalədə Fisk bu haqda qeydlər etmişdir.
 
Maide.Az "deyerler.org"a istinadən verdiyi xəbərə görə, Fisk, Hələbdəki, Cəbhət Ən-Nusra terror təşkilatının sığınacaqlarından birindən yüzlərlə minaatan mərmi və onların Bosniyanın Novi Travnik şəhərində hazırlandığını göstərən, istifadəsi üçün təlimat qaydalarının tapıldığını bildirib.
 
Publisist əlavəsində, onların çatdırılması üçün sənədlər Alfat Kriniçin adına rəsmiləşdirildiyini bildirib. O, sənədlərin birində onun imzasının olduğunu və silahların səudiyyəlilər tərəfindən göndərildiyini etiraf etmişdir.
 
Fisk, minaatan mərmilərinin Bosniyadan Səudiyyə rejiminə, oradan Türkiyəyə, daha sonra sərhədi keçərək Suriyaya çatdırıldığını bildirib.
 
 
 

Google+ WhatsApp ok.ru