BMT Yəməndə baş verən humanitar fəlakət haqda: ‘Minlərlə uşaq ölə bilər’ 21 Avqust 2020 12:45 Yəmən BMT-nin Yəməndəki humanitar əlaqələndiricisi, humanitar yardım göstərmək üçün təcili vəsait olmadıqda, ölkədə minlərlə uşağın ölə biləcəyi haqda xəbərdarlıq edib. Ümumdünya Humanitar Günü münasibətilə çıxış edən Liz Qrande, Yəmənin su təchizatı və kanalizasiyasının 50 faizinin tezliklə kəsiləcəyini söyləyib. Yəmənin səhiyyə müəssisələrinin yarısını təşkil edən 189 xəstəxana və 2500 müalicə klinikası da bağlana bilər. Liz Qrande Yəməndə maliyyə mənbələrinin olmamasının təsirininin fəlakətli olmasını izah edərək, minlərlə uşağın xroniki və yoluxucu xəstəliklərdən ölə biləcəyini vurğuladı. Xatırladaq ki, Səudiyyə rejimi ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından etibarən Yəmənə qarşı hərbi təcavüzü başlatdı və bu ölkəyə qurudan, dənizdən və havadan mühasirə etdi. Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndəki təcavüzü nəticəsində bu günə qədər 16 mindən çox yəmənli öldürülüb, on minlərlə insan yaralanıb, milyonlarla yəmənli evsiz qalıb. /Deyerler.org Teqlər : #BMT,#Yəməndə,#baş,#verən,#humanitar,#fəlakət,#haqda:,#‘Minlərlə,#uşaq,#ölə,#bilər’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə əhalinin 40 faizi hazırda kəskin qida çatışmazlığı ilə üz-üzədir Britaniya hərbçisi Səudiyyə Ərəbistanına silah satılmasına qarşı çıxdı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'