BMT: Səudiyyə Ərəbistanı və BƏƏ-nin  Yəməndə törətdiyi cinayətlər haqqında danılmaz sübutlar var

BMT: Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndə törətdiyi cinayətlər haqqında danılmaz sübutlar var

Birləşmiş Millətlər Təşkilatı Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi cinayətlər barəsində açıqlama yayıb.

 
Açıqlamada vurğulanıb ki, bu cinayətlərlə bağlı BMT-nin əlində təkzib olunmaz sübutlar var.
 
"Hər iki ölkəyə aid döyüş təyyarələri Yəməndə insan haqlarını pozan addımlar atıblar. Sübutlar danılmazdır və reallıqdır", - deyə açıqlamada diqqətə çatdırılıb.
 
Qeyd olunub ki, sözügedən sübutlar BMT İnsan Haqları Şurasının 29 sentyabr tarixində 46-cı iclasda təqdim olunacaq.
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.   /eastnews/

Google+ WhatsApp ok.ru