Bir ovuc qırmızı torpaq

Bir ovuc qırmızı torpaq

Ümmü Sələmə belə nəql edir:

إنَّ رَسولَ اللّهِ (ص) اضطَجَعَ ذاتَ لَيلَةٍ لِلنَّومِ فَاستَيقَظَ وهُوَ حائِرٌ، ثُمَّ اضطَجَعَ فَرَقَدَ، ثُمَّ استَيقَظَ وهُوَ حائِرٌ دونَ ما رَأَيتُ بِهِ المَرَّةَ الاُولى، ثُمَّ اضطَجَعَ فَاستَيقَظَ وفي يَدِهِ تُربَةٌ حَمراءُ يُقَبِّلُها، فَقُلتُ: ما هذِهِ التُّربَةُ يا رَسولَ اللّهِ؟ قالَ: أخبَرَني جَبرَئيلُ عَلَيهِ الصَّلاةُ وَالسَّلامُ أنَّ هذا يُقتَلُ بِأَرضِ العِراقِ ـ [يَعنِي] الحُسَينَ ـ فَقُلتُ لِجَبرَئيلَ: أرِني تُربَةَ الأَرضِ الَّتي يُقتَلُ بِها، فَهذِهِ تُربَتُها

“Bir gecə Peyğəmbəri-Əkrəm (s) yatmaq üçün yatağına uzandı. Bir zaman heyrətlə yuxudan durub, sonra uzandı və yenidən durdu. Lakin bu dəfə halı qabaqkından fərqli idi və onun heyrəti azalmışdı. Yenə o, yatağına uzanıb, bir azdan yenidən durdu. Bu dəfə əlində bir ovuc qırmızı torpaq var idi və onu öpməyə başladı. Mən dedim: Ey Allahın Peyğəmbəri, bu torpaq nədir? Həzrət buyurdu: Cəbrail (ə) mənə xəbər verdi ki, bu, yəni Hüseyn İraq torpağında qətlə yetiriləcək. Cəbrailə dedim: Onun qətlə yetirildiyi yerin torpağını mənə göstər. Bu, oranın torpağıdır.” (“Əsraru Ali-Muhəmməd”, Süleym ibn Qeys, c.2, səh.838.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru