Belarusda Lukaşenkaya etiraz olaraq daha bir fəhlə şaxtadan çıxmaq istəmir

Belarusda Lukaşenkaya etiraz olaraq daha bir fəhlə şaxtadan çıxmaq istəmir

Belarusun potaş mədənində daha bir fəhlə şirkət rəhbərliyinə və prezident Alyaksandr Lukaşenkaya etiraz olaraq şaxtadan qalxmaqdan imtina edir.
 
Aleh Kudzyolka adlı şaxtaçı özünün etiraz bəyannaməsini Belaruskali şirkətinin həmkarlar ittifaqına sentyabrın 21-də təqdim etmişdi.
 
O yazır ki, tələbləri yerinə yetirilməyənədək şaxtanın yüzlərlə metr dərinliyində qalacaq.
 
Mədənin həmkarlar ittifaqından verilən məlumata görə Kudzelko müəssisə direktorunun istefasını və Belarus prezidenti Lukaşenkaya qarşı etirazlarda iştirak etdiklərinə görə saxlananların buraxılmasını tələb edir.
 
Kudzelkonun tələbnaməsində habelə Belarus təhlükəsizlik qüvvələrinin Minskdə keçirilən aksiya iştirakçılarına divan tutmasının və etirazçıların saxlanmasının dayandırılması istənir.
 
Fəhlələrin saxlanması davam edir
 
Kudzelko Belaruskali şirkətinin etirazçılarla həmrəylik mesajı olaraq şaxtadan çıxmaqdan imtina edən ikinci şaxtaçısıdır.
 
Belaruskali dövlət şirkəti dünyanın ən böyük potaş istehsalçılarından biridir. Belarusa valyuta gətirən bu şirkətdə 16 min işçi var.
 
Belarusda bir çox başqa dövlət şirkətlərinin işçiləri etirazçılara dəstək olaraq nizamsız aksiyalar keçirir.
 
Onlar 9 avqust prezident seçkisinin nəticələrinə etiraz edirlər. Regional prokurorluqlar belə fəhlələrə və aksiyaların təşkilatçılarına qarşı cinayət işləri qaldırır.
 
Bu da xəbər verilir ki, Belaruskali müəssisəsində şaxtadan qalxmaqdan imtina edən şaxtaçıları dəstəkləyən daha 20 fəhlə saxlanıb. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru