Banqladeşdə daşqınlarda ölənlərin sayı 119-a çatdı

Banqladeşdə daşqınlarda ölənlərin sayı 119-a çatdı

Banqladeşdə musson yağışlarının yaratdığı sel və daşqınlarda  ölənlərin sayının 119-a yüksəldiyi bildirilir.
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Banqladeş hökumətinin verdiyi açıqlamada bildirilir ki, son 24 saatda  8  nəfər ölüb.  
 
Qeyd edək ki, iyunun 30-dan bəri sel və həddindən artıq yağışın yaratdığı daşqınlarda həyatını itirənlərin sayının 119-a yüksəlib  və ölkənin 64 bölgəsindən 21-də yaşayan 10 684 insanın fəlakətdən ziyan görüb. 
 
Musson yağışların ziyan vurduğu bölgələrdə 5 mindən çox insanın ishal və çirkli suların yaratdığı xəstəliklərdən əziyyət çəkdiyi qeyd edilir.
 
Qeyri-kommersiya təşkilatının direktoru "COAST Güvən" direktoru M. Rezaul Karimin açıqlamasına görə, yaxın 6 ayda bölgədə ən az 5 milyon insan kəskin qida böhranı ilə üzləşəcək. 
 

Google+ WhatsApp ok.ru