Baş narkoloq: siqaret koronavirusdan qorumur, öldürür

Baş narkoloq: siqaret koronavirusdan qorumur, öldürür

Siqaretin koronavirusdan qoruya biləcəyi barədə məlumat zərərli bir mifdir.

 
Maide.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun deyib.
 
Onun sözlərinə görə, siqaret çəkənlərdə koronavirus və digər yoluxma halları daha yüksəkdir. Nikotin, kül və qətrandan ibarət qarışıq ağ ciyərə daxil olur, virusun orada yaratdığı "yanıq"lara dolur.
 
Risklər də artır: Virus infeksiyalarından sağalma yavaşlayır, çünki ətraf mühit virusları saxlamağa və yaymağa kömək edir.
 
"Pandemiya zamanı siqaret çəkmək özünə əlavə zərər vurmaqdır", - deyə RİA Novosti-ə mütəxəssis bildirib.
 
Onun fikrincə, bu cür miflər insanın siqaret çəkmək üçün bəhanə axtardığı üçün ortaya çıxır. Bryun hesab edir ki, indi siqaretdən imtina etmək üçün yaxşı məqamdır.
 

Google+ WhatsApp ok.ru