Bakı metrosunda sərnişin sıxlığı qatarları yenə gecikdirdi

Bakı metrosunda sərnişin sıxlığı qatarları yenə gecikdirdi

Bakı metrosunda qatarların hərəkətində yenidən problem yaranıb.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hətəkət edən qatarların intervalında gecikmə baş verib: "Yubanmaya səbəb stansiyalarda sərnişin sıxlığı olub. Həftə ərzində metrodan istifadə edən sərnişinlərin sayı artıb. Bu səbəbdən metronun “Elmlər Akademiyası”, “Koroğlu”, “Nəriman Nərimanov” stansiyalarında bir neçə dəqiqəyə yaxın gecikmələr olub.
 
Stansiyalardan asılı olaraq, 5 dəqiqə də olub, 8 dəqiqədə. Buna səbəb qatarlarda hər hansı texniki problem yox, sərnişin sıxlığı olub. Bildiyiniz kimi tədris mövsümündə yaranmış fasilə ilə əlaqədar sərnişin sayı nisbətən azalmışdı. Həmin seyrəlmədən sonra yenidən sərnişin sıxlığı müşahidə edilir. Bu da qatarların qrafik üzrə hərəkətində bir qədər gecikmələrə səbəb olub”.
 

Google+ WhatsApp ok.ru