Bakıda aeroporta doğru hərəkət edən sərnişin avtobusu qəzaya düşdü

Bakıda aeroporta doğru hərəkət edən sərnişin avtobusu qəzaya düşdü

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az APA-ya istinadən xəbər verir ki, Zığ yolu şosesində "Daewoo" markalı avtobus yoldan çıxıb.
 
Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb.
 
Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.
 
 

Google+ WhatsApp ok.ru