Bərdədə inanclı fəal saxlanıldı

Bərdədə inanclı fəal saxlanıldı

Bərdə rayonunda inanclı fəal saxlanılıb.
 
Maide.Az xəbər verir ki, hadisə şahidləri Rakurs.tv-yə bildirib ki, onu səhər saat 9 radələrində öz dükanının qarşısında mülki geyimli şəxslər tutub. Bəhruz Quliyevi zorla avtomobilə salaraq hadisə yerindən uzaqlaşıblar.
 
Yaxınlarının axtarışından sonra polisdən deyiblər ki, onu tutub Bakıya aparıblar.
 
Polisdən adının çəkilməsini istəməyən mənbə yaxınlarına məlumat verərək qeyd edib ki, Bəhruz Quliyevin saxlanılma səbəbi məhərrəmlik məclislərini keçirməyə cəhd göstərməsidir.
 
Yaxınları da bildirir ki, Bəhruz Quliyev fəal inanclı olub və Aşura günü ehsan paylayıb.

Google+ WhatsApp ok.ru