Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb 21 Sentyabr 2020 11:40 Ölkə Son 14 ildə ölkədə ümumi kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları xeyli artıb. Maide.Az xəbər verir ki. Trend-in məlumatına görə, 2005-ci ildə Azərbaycanda 10 520 ümumi kəskin bağırsaq infeksiyalarına, 5 162 suçiçəyinə yoluxma halı baş verib. Ötən il isə Azərbaycanda qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxma ilə bağlı 337 140 halı qeydə alınıb. Onların 13 504-də ümumi kəskin bağırsaq infeksiyaları aşkarlanıb. Keçən il suçiçəyinə yoluxma hallarının sayı 14 514-ə yüksəlib. 2019-cu il ərzində ölkə üzrə 359 nəfərdə viruslu hepatitlərə, 359 nəfərdə salmonelyoz infeksiyalarına, 343 nəfərdə qoturluğa, 34 nəfərdə qarayaraya, 551 nəfərdə bruselyoza, 189 nəfərdə skarlatinə yoluxma qeydə alınıb. Teqlər : #yolxucu xəstəliklər,#suçiçəyi,#bağırsaq infeksiyaları, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali məktəblərə ixtisas seçimi başa çatıb Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb