Azərbaycanda daha bir çay fəlakət həddində: Əhali susuz qalıb

Azərbaycanda daha bir çay fəlakət həddində: Əhali susuz qalıb

“Oxu.az” saytı “Azərbaycanda daha bir çay fəlakət həddində: Əhali susuz qalıb” sərlövhəli məqalədə  ölkənin su resursları və  Zoğalavaçayın taleyi barədə danışılır.
 
Müəllif hesab edir ki, iqlim dəyişikliyi su ehtiyatlarını ciddi şəkildə təhdid edir və mövcud su resursları tükənir.
 
Müəllifin deməsinə görə, ölkə ərazisində olan çaylar quruyur, əhali həm içməli, həm də texniki suya olan tələbatını qarşılamaqda çətinlik çəkir, Şamaxı sakinləri də bu təhlükə ilə üz-üzə qalıb.
 
Rayonun ən böyük və ən önəmli su ehtiyatı olan, Zoğalavaçayın məcrasında yerləşən Zoğalavaçay su anbarı da qurumaqdadır. Anbar 1973-cü ildə rayonun qəsəbə və kəndlərinin təsərrüfat sahələrinin tələbatını ödəmək məqsədilə  istismara verilib.
 
Müəllifə görə, hazırda anbar iqlim dəyişiklikləri səbəbindən tarixdən silinmə təhlükəsi ilə üz-üzə qalıb, illərdir ki, bu sudan istifadə edən rayon sakinləri indi su tapa bilmir, əkilən bostan sahələrinin suvarılmasında böyük problemlər yaranıb.
 
Müəllifə görə, problemin həlli üçün Çuxuryurd sututarında nəzərdə tutulan təmir işləri aparılır ki, həmin su bəndi açılaraq, Zoğalavaçay vasitəsi ilə anbara töküləcək.
 
Bununla yanaşı suvarma suyundan səmərəli istifadə və su itkilərinin qarşısının alınması məqsədilə yeni beton su arxları inşa olunur.
 
Onun fikrincə, yeni arxlar suvarma sularının itkisinin qarşısını almasında mühüm rol oynayacaq.
 

Google+ WhatsApp ok.ru