Azərbaycan İslam Partiyasının həbsdə olan sədri 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldü

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldü

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri 7 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldü.
 
Maide.Az xəbər verir ki, bu barədə AİP sədri M.Səmədovun yaxınları məlumat verib.
 
Məlumata görə, Azərbaycan İslam Partiyasının sədri hacı Mövsüm Səmədovun Qobustan Qapalı Tipli Həbsxanada saxlanma müddəti başa çatıb. Hacı Mövsüm Səmədov Qobustan Qapalı Tipli həbsxanadan 7 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. AİP sədri hal-hazırda 7 Saylı CÇM-də karantindədir. 
 
Yaxınları həmçinin hacı Mövsüm Səmədovun vəziyyətinin normal, ruhiyyəsi yerində olduğunu bildiriblər.
 
Xatırladaq ki, AİP sədri M. Səmədov 2011-ci ilin yanvar ayında həbs olunub. Hacı Mövsüm Səmədov, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. AİP sədri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

Google+ WhatsApp ok.ru