Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb 17 Yanvar 2020 16:38 Sağlamlıq Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb. Trend-in məlumatına görə, Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır. Onun sözlərinə görə, psixi xəstəlikdən əziyyət çəkənlərin qeydiyyatını aparmaq mümkün deyil: "Mərkəzdə müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil". F.İsmayılov psixi xəstələrin stiqmalarının olduğunu da söyləyib: "Psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun həmin şəxslərin sonrakı fəaliyyətinə mənfi təsir edəcəyini düşünürlər. Amma buna baxmayaraq, əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb. Bu da müsbət haldır". Teqlər : #Azərbaycanda,#ən,#çox,#rast,#gəlinən,#psixi,#pozuntuların,#adları,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma halları... Terapevtdən xəbərdarlıq: Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir