Azərbaycanda magistr təhsili alanların nəzərinə - Bunları bilirdiniz?

Azərbaycanda magistr təhsili alanların nəzərinə - Bunları bilirdiniz?

“Azərbaycan ali məktəblərinin əksəriyyətində magistr təhsili düzgün qurulmayıb. Düşünürəm ki, rektorların əsas işi bu məsələni qaydaya qoymaqdır”.
 
Maide.Az “Yeni Sabah”a istinadla  xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O, magistr təhsili necə təşkil olunması ilə bağlı fikirlərini açıqlayıb:
 
“Əsasən, ali məktəblərdə magistr elmi-ixtisas dərəcəsini almaq üçün tələbələr hər semestr 5-6 imtahan verməli, kollokvium, fərdi iş, gündəlik qiymətləndimədə iştirak etməlidirlər. Sual olunur, bakalvr təhsilindən fərqi nədir magistr təhsilinin?
 
Magistr təhsili dünyanın qabaqcıl ölkələrində, əsasən, magistrantın tədqiqat bacarıqlarının inkişafına yönəlib. Belə ki, magistrın gündəlik qiymətləndirilməsi yoxdur, hər semestrin sonunda magistrantlar öz məqalələrini (azı 1) nüfuzlu jurnalarda və ya elmi konfranslarda çap etdirirlər. Ali təhsil müəssisələri magistr təhsilinin məzmununa fikir versələr, daha yaxşı olar.
 
Digər tərəfdən isə, magistr üçün təhsil haqları azaldılmalı, onların elmi tədqiqat işləri ilə məşğul olması üçün qrant layihələri verilməlidir.
 
Təklif edirəm ki, humanitar ixtisaslar üzrə magistr plan yerləri azaldılsın, əvəzində daha çox yeri texnologiya, informasiya və onun təhlükəsizliyi, kənd təsərrüfatı, iqtisadiyyat ixtisaslarının plan yerləri artırılsın. Magistr imtahanları isə yalnız ixtisas və xarici dildən olmalıdır”.
 

Google+ WhatsApp ok.ru