Azərbaycanda üç ayda 30 mindən çox körpə doğulub

Azərbaycanda üç ayda 30 mindən çox körpə doğulub

Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib.
 
Məlumata görə, doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.
 
Qeyd edək ki, körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulmuşdur.
 

Google+ WhatsApp ok.ru