Azərbaycan yenə ‘avtoritar’ ölkə sayıldı

Azərbaycan yenə ‘avtoritar’ ölkə sayıldı

Ötən il son üç ildə ilk dəfə olaraq dünyanın demokratiya İndeksi pisləşməyib. Amma qlobal miqyasda heç irəliləyiş də qeydə alınmayıb.
‘Economist Intelligence Unit’ (EIU) bildirir ki, bütün dünyada hökumətlərin işindən məyusluq açıq-aşkar görünüb və bu da özünü siyasi qurumlara inamın, sonucda demokratiyanın özünə inamın sarsılmasında göstərir.
Son illər mülki azadlıqlarda müşahidə olunan geriləmə də dəyişməz qalıb. Amma qlobal səviyyədə demokratiyanın əsas komponentlərindən sayılan siyasi iştiraklılığın gücləndiyi bildirilir. Yəni əhali siyasətdən kənar qalmır, əksinə, səsverməyə gedir, etirazlara çıxır. Elə məhz bu fakt Demokratiya İndeksinin geriləməsini önləyib.
İlin qalibləri və luzerləri də bəllidir. Nikaraqua və Venesuela reytinqdə 17 pillə geriləyib. Avropada İtaliya 12 pillə, Türkiyə 10, Rusiya 9 pillə düşüb.
Amma Ermənistan, Makedoniya, Ekvador, Haiti və Tunisin reytinqində yaxşılaşma qeydə alınıb.
 
Qeyd edək ki ötən il küçə etirazları nəticəsində Ermənistanda Serzh Sarkisianhakimiyyətdən getdi, müxalifət lideri Nikol Pashinian baş nazir postuna gəldi.
Tam demokratik ölkələr siyahısında ilk onluqda Norveç, İslandiya, İsveç, yeni Zelandiya, Danimarka, Kanada, İrlandiya, Finlandiya, Avstraliya və İsveçrə yer alıb.
Azərbaycan 149-cu pillədə qərarlaşıb, “avtroritar” ölkə sayılıb. 
Azərbaycan hakimiyyəti ölkənin avtoritar üsullarla idarə olunmasına dair beynəlxalq qurumların tənqidlərini qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru