Ayətullah Xameneinin təmsilçiləri: 'Azərbaycanın son qələbələrini uca tuturuq' 01 Oktyabr 2020 06:19 Qarabağ xəbərləri İranın azərbaycanlılar yaşayan 4 əyalətində olan Ali Rəhbər Ayətullah Xameneinin təmsilçiləri Azərbaycan Respublikasının haqq işini dəstəkləyən bəyanat yayıblar. APA-nın Tehran bürosunun məlumatına görə, Bəyanat İran mətbuatında, eləcə də dövlət televiziyasından yayımlanıb. Bəyanatda deyilir: “Qarabağın Azərbaycana aid olmasında, onun Ermənistan tərəfindən işğal edilməsində heç bir şübhə yoxdur. Eləcə də Qarabağ ərazisinin Azərbaycan Respublikasına qayıtmasının vacibliyində də heç bir şübhə yoxdur. Azərbaycan hökumətinin işğal olmuş Qarabağ ərazisini geri almaq üçün atdığı addım tamamilə qanuni və dinidir. Azərbaycan bu addımı ilə BMT TŞ-nın qətnamələrini həyata keçirmək istəyir. Biz Quran ayələri, Peyğəmbərin və Əhlibeyt imamlarının sünnəsi və İslam inqilabının fəlsəfəsinin tələbinə uyğun olaraq, zülmə məruz qalanları himayə və müdafiə etməyi özümüzə borc bilirik. Azərbaycan xalqı hamıdan yaxşı bilir ki, İran İslam Respublikası Qarabağ müharibəsi dövründə Azərbaycana ən yüksək dəstək və yardım göstərib, bütün beynəlxalq dairələrdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib, Xarici İşlər Nazirliyi də son hadisələrdə bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hazırda Azərbaycanın Naxçıvana quru yolu təkcə İran İslam Respublikası ərazisindən keçir və İran bu torpağı səxavətlə Azərbaycanın istifadəsinə verib. Təəssüf ki, son günlərdə iki dost ölkə arasındakı münasibətləri görmək istəməyən bəzi qüvvələr əsassız bəhanələrlə hay-küy qaldırıb, qalmaqal yaradıb və İslam Respublikasını xəyanətdə ittiham edib. Bu məsələ tələb edir ki, biz düşmənin psixoloji müharibə miqyasına həssas yanaşaq və onların pis niyyətlərinin həyata keçməsi üçün alətə çevrilməyək. Biz Azərbaycanın son qələbələrini uca tuturuq, Allahdan Azərbaycanın böyük xalqının şəhidlərinə ülvi dərəcələr diləyirik və arzu edirik ki, bu döyüş tezliklə haqq sahibinin öz haqqına çatması ilə sona yetsin. Seyid Həsən Amili, Ərdəbil əyaləti üzrə təmsilçi; Əli Xatəmi, Zəncan əyaləti üzrə təmsilçi; Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan əyaləti üzrə təmsilçi; Seyid Məhdi Qüreyşi, Qərbi Azərbaycan əyaləti üzrə təmsilçi. 30 sentyabr, Urmiya Teqlər : #Ayətullah,#Xameneinin,#təmsilçiləri:,#'Azərbaycanın,#son,#qələbələrini,#uca,#tuturuq', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə acizdir Gecə ərzində düşmənə artilleriya zərbələri endirilib - VİDEO Qarabağ xəbərləri Şəhid Kərbəlayi Zeynal Şahhüseynov böyük izdihamla dəfn edilib - FOTO / VIDEO 12 gün öncə komaya düşən qazimiz Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub MN: Ermənilər Xocavənddə Azərbaycan Ordusuna hücum edib, 1 əsgər şəhid olub, 1-i yaralanıb I Qarabağ müharibəsində 3171 hərbçimiz, 719 mülki şəxsimiz İTKİN DÜŞÜB Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni siyahısı İtaliya şirkəti ilə Kəlbəcər, Ağdam, Füzuli və Qubadlıya elektrik çəkilişi üzrə müqavilə bağlandı Vətən müharibəsində 42 tibb işçisi şəhid olub - RƏSMİ ‘Döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin nəşi çıxarılıb’ Erməni əsirliyindən azad olunan hərbçilərin və mülkilərin adları - Fotolar 12 nəfər Azərbaycana, 44 nəfər Ermənistana döndü, Rüstəm Muradov İki hərbçimiz minaya düşdü - biri şəhid oldu Ermənilər Hadrutda terror aktları törətdi: Hərbçimiz yaralandı ‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib BMT missiyası Qarabağa GƏLİR Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi MN: 44 günlük müharibə ərzində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu şəhid olub İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama XİN Fransa deputatlarının Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məlumata münasibət bildirib Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO) İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI Ermənilər Ağdamdan çıxarkən bu məscidi də yandırıblar - Fotolar İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub Putindən Qarabağla bağlı yeni açıqlama Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO) Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub İranda Qarabağla bağlı beynəlxq konfrans Şəhid qanı - VİDEO Lavrov: Dağlıq Qarabağda Türkiyə sülhməramlıları olmayacaq Azərbaycan XİN Kanada Xarici İşlər nazirinə cavab verib Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb 15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni 71 kənd, 1 qəsəbə 8 strateji yüksəklik azad olundu - TAM SİYAHI - YENİLƏNİB Azad olunmuş yaşayış məntəqələrimiz - 5 şəhər, 3 qəsəbə, 238 kənd - SİYAHI İran Azərbaycanı Şuşanın azad edilməsi münasibətilə təbrik etdi
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni