Ayətullah Xameni: Korrupsiya da koronavirus kimi çox təhlükəli və yolxucudur amma...  - FOTO

Ayətullah Xameni: Korrupsiya da koronavirus kimi çox təhlükəli və yolxucudur amma... - FOTO

Koronavirus məsələsi bitməyib, davam edir.  Bu virusun qarşısının alınması üçün səhiyyə protokollarına ciddi əməl olunmalıdır.
 
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Seyid Əli Xamenei bu gün  Məhkəmə Sisteminin məsul şəxsləri və  işçiləri ilə videokonfransda  çıxışında deyib. 
 
Onun sözlərinə görə, koronavirusa görə iqtisadi problemlərin  yaranması  təbidir. “Amma virusa qarşı diqqətsizlik  etmək daha böyük iqtisadi fəsadlara gətirib çıxarda bilər”. 
 
Ayətullah Xamenei  koronavirusla bağlı  maraqlı bir fikir də irəli sürüb, qeyd edib ki, bu virus korrupsiya ilə oxşar xüsusiyyətlərə malikdir. “ Əgər korrupsiyaya qarşı mübarizə qərəzsiz aparılarsa  insanlar ümidvar olar.  Çünki  korrupsiya da koronavirus kimi çox təhlükəli və yolxucudur.  Fərq budur ki,  virusu əlləri yumaqla aradan aparmaq olur, amma korrupsiyanı məhv etmək üçün o əli mütləq kəsməlisən”.
 
Bu gün Qərb ölkərində baş verənlər onların təqdim etdiyi filimlərdə yoxdur.
 
O qeyd edib ki,  Qərb ölkələri  filimlərdə öz məhkəmə sistemini,  insanlara qarşı  münasibətini  demokratik dəyərlər çərçivəsində göstərməyə çalışır. “Qərb ölkələri həqiqətin  əksi olaraq öz filmlərində  məhkəmələrini ədalətli göstərirlər.  Lakin  biz ölkəmizin həqiqətlərini belə göstərmək üçün incəsənət və KİV-in potensialından istifadə  etmirik və  bəzən əksi olur."
 
ABŞ prezidenti D.Trampın  miqrantların  uşaqlarının valideynlərindən ayrılması, irqçilik və köləlik simvollarını yıxan şəxslərin  10 il həbs olması ilə bağlı  sözlərinə toxunan Ali Rəhbər bildirib ki,  bu qanunsuzluqlar haqqında Qərb ölkələrini filimlərində göstərilmir. 
 
"Ölkənin  bütün sahələrdə, o cümlədən ABŞ və İngiltərənin düşmənçilikləri və  Avropa ölkələrinin addımları qarşısnda ehtiyatlı olmalıyıq. Əgər biz öz vəzifəmizə əməl etsək Allahın lütfü ilə  onların başı daşa dəyəcək və öz məqsədlərinə çata bilməyəcəklər."  
 
Ayətulalh Xamenei deyib ki, Qərb ölkələrinin xalqımızı diz çökdürmək üçün tətbiq etdikləri  “maksimum təzyiq”lərinin  nəticəsi  bu olacaq ki, İran xalqı  onları geri otuzdurmaq üçün sinələrinə möhkəm  yumruq vuracaq.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru