Ayətullah Xamenei: ‘Sui-qəsdçilər zərbə aldıqları üçün geri çəkilməli oldular’

Ayətullah Xamenei: ‘Sui-qəsdçilər zərbə aldıqları üçün geri çəkilməli oldular’

“İran xalqı xarici qüvvələrin pul xərclədikləri geniş, dərin və çox təhlükəli bir sui-qəsdin qarşısını almağa müvəffəq oldu.”
 
Maide.Az “Leader.ir” saytına istinadla bildirir ki, bunu Ali Rəhbər Seyid Əli Xamenei “Bəsic” könülüllər təşkilatın üzvləri ilə  görüşündə deyib. 
 
İran xalqına son günlər göstərdikləri güclü və möhtəşəm dəstək mitinqlərinə görə təşəkkür edən Ali Rəhbər bildirib ki, benzin məsələsindən sonra yaranan vəziyyəti fürsət bilənlərin məhv edilməsi, pisliyin öldürülməsidir.
 
“Onlar hərəkətə keçməyə, dağıdıcılıq fəaliyyətlərini davam etdirməyə fürsət gözləyirdilər. Düşündülər ki, benzin problemi səbəbindən ölkəyə qoşun göndərməyə müvəffəq olacaqlar. Ancaq İran xalqının bir həftə öncə Zəncan və Təbrizdən başlayan və ölkənin bütün şəhər və kəndlərində yayılan, sonda Tehranda təşkil olunan görkəmli dəstək aksiyasıları çox vacib idi. Ekranların arxasından izləyən qlobal kəşfiyyat bu hərəkatın nə demək olduğunu başa düşür. Zərbə aldıqları üçün geri çəkilməli oldular. "
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru