Ayətullah Xamenei xəstəxanada yatan Ayətullah Məkarim Şirazini ziyarət etdi- FOTO

Ayətullah Xamenei xəstəxanada yatan Ayətullah Məkarim Şirazini ziyarət etdi- FOTO

Ali Rəhbər  Ayətullah Xamenei bu gün səhər Tehran xəstəxanalarından birində yatan tanınmış müctəhid Ayətullah Nasir Məkarim Şirazini ziyarət edib.  
 
Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki,  Ali Rəhbər Ayətullah Məkarim Şirazinin müalicəsi ilə bağlı son məlumatları aldı və Uca Yaradandan xəstəyə sağlamlıq və şəfa dilədi. “Sizin varlığınız xalq və dini elmi hövzələr üçün çox bərəkətlidir.  Allahdan  sizing üçün sağlamlıq və şəfa diləyirəm”. 
 
Qeyd edək ki, Ayətullah Məkarim Şirazi bu gün xəstəliyi ilə əlaqədar olaraq xəstəxanaya yatırılıb. Müalicəsi davam edir. Onun səhhəti qənaətbəxşdir. 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru