Ayətullah Xamenei:  Yəmən müharibəsi düzgün sonlandırılsa bölgəyə müsbət təsir göstərəcək

Ayətullah Xamenei: Yəmən müharibəsi düzgün sonlandırılsa bölgəyə müsbət təsir göstərəcək

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Pakistanın Baş naziri İmran Xan və onu müşaiyət edən nümayəndə heyətini qəbul edib. 
 
Maide.Az Leader.ir saytına istinadla xəbər verir ki, görüşdə  Ali Rəhbər İran və Pakistan  arasında  münasibətlərin dərin və xalqlara söykənən bir münasibət olduğunu bildirib və qeyd edib ki,  bu  potensialdan  iki dövlət  əməkdaşlığı artırmaq üçün istifadə etməlidir. 
 
Ayətullah Xamenei bildirib ki, İran Pakistanı qonşuluğunda olan bir qardaş kimi görür. “İki ölkənin əlaqələri  daha isti və daha  yaxşı olmalıdır.  Sərhədlərdə satibliyin təmini  gücləndirilməli, yarımçıq qalan planlar, o cümlədən qaz boru kəməri təkmilləşdirilməlidir”. 
 
Ali Rəhbər Pakistan hökumətinin  Qərbi Asiya bölgəsində  sülh və sabitliyin  təmini ilə bağlı səylərini müsbət dəyərləndirib, eyni zamanda ehtiyatlı olmağa çağırıb. 
 
Ali Rəhbər bəzi  ölkələrin  bölgədə dağıdıcı rolunu pisləyib və onların  İraqda, Suriyada terror qruplarını dəstəkləməsini  və  Yəməndə  müharibə yaratmasından təssüflənib. 
 
“Bizim  bu ölkələrlə düşmənçilik etmək niyyətimiz yoxdur, amma onlar ABŞ iradəsi altındadırlar və  onun istəyinə uyğun İran İslam Respublikası əleyhinə  çalışırlar”. 
 
Ayəutllah Xamenei deyib ki, İslam Respublikası uzun zaman öncədən Yəməndə müharibənin sonlanması üçün  4 maddəlik layihə  təqdim edib və əgər bu müharibə düzgün sonlandırılsa  bölgəyə müsbət təsir göstərəcək. “İran heç bir müharibənin başalayanı olmayıb.  Əlbəttə əgər İrana qarşı kimsə müharibə başladarsa  heç şübhəsiz peşiman olacaqdır.”
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru