Ayətullah Xamenei: ‵Xalqın birliyi düşmənin fitnələrini onun öz əleyhinə yönəldəcək′ 01 May 2019 16:19 İslam lideri “Qərb istəyir ki, bizim məktəblərdə “onlara xidmət edəcək” əsgər yetişsin. Sonra isə qalstuk taxaraq üzdə “mədəni” görünən, amma çox asanlıqla insanları kütləvi şəkildə qətlə yetirə bilən amansız qatillərə kölə olsunlar.” Maide.Az “leader.ir” saytına istinadən xəbər verir bu sözləri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün müəllimlər günü münasibətilə keçirilən görüşdə deyib. Ayətullah Xamenei bildirib ki, xalqın birliyi düşmənin fitnələrini öz əleyhinə və zərərinə yönəldəcək. “Bu gün düşmən bizə iqtisadi və siyasi baxımdan zərbə endirməyə, ölkə daxilinə nüfuz əldə etməyə çalışaraq zərbə vurmaq istəyir. Bunun üçün müxtəlif vasitələrdən, o cümlədən virtual aləmdən istifadə edir. ABŞ və sionizm bütün sahələr üzrə proqram hazırlayaraq, həyata keçirməklə məşğuldurlar. Bu sadəcə ABŞ-ın hazırkı hökumətinə aid olan məsələ deyil.” Ayətullah Xamenei qeyd edib ki, bu hücumlar qarşısında xalqımız da döyüş forması almalıdır. “Bütün rəsmi şəxslər, o cümlədən hər bir vətəndaş çalışdığı sahədən asılı olmayaraq savaş meydanına daxil olmağa hazır olmalıdır. Çünki düşmən zahirdə hərbi savaş elan etməsə də, hərbçilərimiz tam hazırlığa malikdirlər.” Ayətullah Xamenei onu da əlavə edib ki, bu gün İran elm sahəsində dünyanın inkişaf etmiş ölkələrindən sayılır. Teqlər : #Ayətullah,#Xamenei:,#‵Xalqın,#birliyi,#düşmənin,#fitnələrini,#onun,#öz,#əleyhinə,#yönəldəcək′, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei 32-ci beynəlxalq kitab sərgisinə baxış keçirib - FOTO Ayətullah Xameneinin dəftərxanasından mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB