Ayətullah Xamenei: ‘ABŞ-a tarixin ən ağır məğlubiyyətini yaşada bilərik’ 14 Mart 2019 16:15 İslam lideri "ABŞ İrana qarşı genişmiqyaslı hücuma başlayıb. Əgər biz bütün imkanlarımızı səfərbər edsək, onlara tarixin ən ağır məğlubiyyətini yaşada bilərik." Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bugün Xubriqan Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüşündə deyib. Ayətullah Xamenei bildirib ki, bizim ABŞ və Avropa ölkələrinin atdığı addımlar qarşısında kifayət qədər təcrübəmiz var. “Lakin Hərtərəfli Birgə Fəaliyyət Planına dair sonuncu təcrübə və ABŞ-ın öz öhdəliklərini yerinə yetirməməsi bizim gözümüz qarşısındadır. Biz qarşımızda ABŞ və onun himayə etdiyi cəbhə ilə üzləşdiyimiz zaman bu təcrübələrdən istifadə etməliyik. Bu hadisələr qarşısında iki cür rəftar sərgiləmək olar. Ya, bir-birimizə hücum edək və hər kəs başqasını günahlandırsın, ya da daxili qarşıdurmadan çəkinib, İmam Xomeyninin (r.ə) də buyurduğu kimi bütün gücümüzlə ABŞ-a qarşı birləşərək fəryad edək. Bizim həqiqi düşmənimiz ABŞ-dır və biz öz düşmənimizi tanımaqda heç vaxt xəta etməyəcəyik”. Ayətullah Xamenei iki məsələni “düşmənin genişmiqyaslı hücumu qarşısında bütün güclərin səfərbər olmasının zərurətini” və “Allahın zikri və xatırlanmasını unutmamağı” önəmli adlandırıb. “ABŞ və sionistlər bu gün İran xalqına qarşı bütün güc və imkanlarını səfərbər edib. Qərb və Avropa ölkələri də bir növ onların yanında düşmənçilik edir.” Ayətullah Xamenei ölkədə “hadisələr və problemlər qarşısında insanların və ölkənin necə və hansı formada rəftar etməsi” haqqında ictimai müzakirənin yaradılmasının zərurətini vurğulayıb və bunun üçün 11 məsləyə diqqət etməyi tövsiyə edib. Teqlər : #Ayətullah,#Xamenei:,#‘ABŞa,#tarixin,#ən,#ağır,#məğlubiyyətini,#yaşada,#bilərik’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei - Rəcəb ayına bu gözlə baxın! - VİDEO Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB