Ayətullah Xameneinin ofisi ‘Rəğaib’ gecəsi ilə bağlı sualı cavablandırıb

Ayətullah Xameneinin ofisi ‘Rəğaib’ gecəsi ilə bağlı sualı cavablandırıb

Ayətullah Xameneinin ofisi ‘Rəğaib’gecəsi ilə bağlı sualı cavablandırıb 
 
Ayətullah Xameneinin ofisi ‘Rəğaib’gecəsi ilə bağlı sualı cavablandırıb 
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin dəftərxanası bu gecənin (Martın 7-si) və yaxud gələn cümə axşamının (Martın 14-ü) hansının “Rəğaib” gecəsi olması və həmin gecəyə məxsus əməllərin hansı gündə yerinə yetirilməsi ilə bağlı ünvanlanan suala cavab verib, həmin cavabı  təqdim edirik:
 
Cavab: Növbəti cümə axşamı (Martın 14-ü) Rəcəb ayının ilk cümə axşamı olduğundan, növbəti cümə axşamı “Rəğaib” gecəsinə məxsus əməllər rəca və ümid niyyəti ilə yerinə yetirilsin.
 
Qeyd edək ki, ötən gün Ayətullah Cavadi Amuli bugünkü gecənin (martın 7-si) Rəğaib gecəsi olduğunu açıqlamışdı.
 
“Rəğaib” gecəsi və yaxud İstək və arzular gecəsi Rəcəb ayının ilk cümə axşamına təsadüf edir və onun xüsusi əməlləri – müstəhəb orucu, namazı və zikrləri vardır.
 

 

Google+ WhatsApp ok.ru