Ayətullah Xamenei: Mömin gənclər ABŞ-ı diz çökdürdü

Ayətullah Xamenei: Mömin gənclər ABŞ-ı diz çökdürdü

-- İslam İnqilabı bəşəriyyətə yeni təklif, yeni söz oldu.

(İlk xəbər  22-11-2017 tarixində saat  11:31-də dərc olunub)
 
Xəbər verdiyimiz kimi, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Bəsic həftəsi münasibətilə ötən gün ölkənin müxtəlif bölgələrindən  olan bəsic təşkilatının üzvləri və komandirləri ilə görüşüb. 
 
Maide.Az “ Leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə çıxışı zamanı Ayətullah Xamenei bildirib ki, Könüllü Qüvvələr Təşkilatı (Bəsic) İslam İnqilabının nadir hadisələrindəndir və İmam Xomeyninin (r) tapıntısıdır. “Bəsicin elə bir potensialı var ki, ölkədə ehtiyac duyulan bütün sahələrdə fəal iştirak edə bilər. Bu gün olanlarımızın hamısı olsaydı, bəsic olmasaydı, şübhəsiz işlərdə bir axsaqlıq yaranardı”
 
Ayətullah Xamenei əlavə edib ki, İslam İnqilabı bəşəriyyətə yeni təklif, yeni söz oldu. “Öz mənafeyi yolunda bəşəriyyəti əxlaqsızlığa, fəsada sürükləyən güclərə əsir dünyanın yeni sözə ehtiyacı vardı. Bu yeni sözü İslam İnqilabı ortaya qoydu. Bu yeni söz ondan ibarətdir ki, insan Allahın razılığını qazanmaqla, ilahi dəyərləri qorumaqla sosial, elmi baxımdan inkişaf edib, supergüclərin və mənəviyyatsız siyasətçilərin cəhənnəmə çevirdiyi dünyanı xilas edə bilər!.”
 
Ayətullah Xamenei görüşdə ABŞ-ın bölgədə üzləşdiyi məğlubiyyətinin İslam inqilabının möcüzəsi olduğunu deyib: "İmam Xomeynini görməmiş, onu ziyarət etməmiş və inqilab ilə müqəddəs müdafiə dövründə yaşamamış gənclərin bu gün müharibə meydanlarında iştirak etməsi və bölgəyə bu qədər təsir etməsi həqiqətən inqilabın bir möcüzəsidir. Siz gənclər hökmran ABŞ-ı diz çökdürüb onları məğlubiyyətə düçar etdiniz. İcra etdikləri bütün planları ilə etdikləri bütün səylər regionu İslam inqilabı və müqavimət ideyasından uzaqlaşdırmaq istədikləri üçün idi, ancaq bunların tamamilə əksi baş verdi.”
 
Ayətullah Xamenei bildirib ki, gənclər Suriya və İraqda müqavimət hərəkatına qarşı düşmənlər tərəfindən yaradılan xərçəng şişini məhv etməyə nail oldu. “Xalq Könüllü Qüvvələri işlək bir qurum kimi xalq ilə cəmiyyəti təmsil edib, çox mühüm vəzifələri öz üzərinə götürmüşdü. Bu qurumun əsas vəzifəsi isə, gənclər başda olmaqla ölkədəki bütün çevrələrlə innovativ təşəbbüsləri İslam Respublikasının ali məqsədlərinə çatması üçün bir yerə toplayaraq, milyonlarla iranlı tərəfindən fərqli hissələrdə istehsal və inkişaf hərəkatının yerinə yetirilməsinə şahid olmağımızı təmin etməkdir. Düşmən ünvanının daim təkrarlanmasına görə narahat olan şəxslər, onların əldə etdikləri fürsətdə bizə zərbə vurmaq məsələsində bir an belə bəhanə etməyəcəyini dərk etmir. Beləcə məntiqli bir prinsipə görə etdiyimiz bir davranış və ya söylədiyimiz hər hansı bir ifadə ilə sıralarımızın gücsüz olduğunu düşündüyü üçün düşməni hücum etməyə təşviq etməməliyik.”
 
Ayətullah Xamenei qeyd edib ki, ümidsizliyə qapılan kəsim də yaxşı bilməlidir ki, indiyədək İslam Respublikasının güclü mövqeyi nəticəsində ABŞ, sionizm və regiondakı irtica hərəkatlarının ardıcıl etdiyi təxribatları zərərsizləşdirə bilib və bunlardan biri İŞİD-in məhv edilməsidir. “Məgər bu "biz bacararıq" ifadəsinin sübutu deyil?
 
Allahın lütfü ilə yaxın gələcəkdə iqtisadi, siyasi, elmi, ictimai və mədəni sahələrdəki bütün məqsədlərimizə nail olaraq, gənclərimiz iqtisadi problemləri aradan qaldırıb, elmi inkişafımızı artıracaq və bununla cəmiyyətdə Quranı və mədəni dəyərləri həyata keçirəcək.”

Google+ WhatsApp ok.ru