Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşüb, tibb işçiləri xəsarət alıb

Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşüb, tibb işçiləri xəsarət alıb

Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Şamaxı-Göylər yolunda qeydə alınıb. Şamaxı rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü Rauf Mirzəyev idarə etdiyi "Fiat" markalı ambulans avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan camış sürüsünə çırpılıb.
 
Nəticədə sürücü və avtomobildəki tibb işçiləri - Kamran Hüseynov və Nazim Babayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa /
 

Google+ WhatsApp ok.ru