Almaniyada yeni böyük məscid tikiləcək 16 Oktyabr 2019 09:49 Dünya Almaniya dövləti uzun müddət intizardan sonra bu ölkənin Karlsruhe şəhərində yeni böyük məscidin tikintisinə icazə verib. Maide.Az IQNA-a istinadla xəbər verir ki, məscidin inşasına 2020-ci ildə başlanılacaq və 2022-ci ildə yekunlaşdırılması planlaşdırılıb. Məscid 700 nəfər namazqılan tutumuna malik olacaq. Təkminarəli məscidin tikintisi üçün 6 milyon avro nəzərdə tutulub. Qeyd edək ki, məscidin tikintisinə uzun müddət icazə verilməmişdi. Çünki Almaniyanın Xristian Demokrat Birliyinin üzvləri məscidi həddindən artıq böyük hesab edir və belə bir məscidin tikilməsinə qarşı idilər. Bu məsələ səbəb oldu ki, Mulburgda tikiləcək məscidin layihəsi 2016-cı ildə qəbul edilməsin. Lakin uzun sürən danışıqlardan sonra Almaniya dövləti məscidin layihəsində bəzi dəyişikliklər etməklə icazə verib. Məsələn, layihəyə əsasən minarənin hündürlüyü 35 metr olmalı idisə, bunu 28 metrə endiriblər. Teqlər : #Almaniyada,#yeni,#böyük,#məscid,#tikiləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da məktəbdə bomba partlayıb Lissabon şəhərində Əhli-beyt (ə) aşiqlərinin ilk mərkəzinin açılışı olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO