Almaniyada atışmada ölənlərin sayı 11 nəfərə çatıb

Almaniyada atışmada ölənlərin sayı 11 nəfərə çatıb

Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində ölənlərin sayı artıb.
 
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisədə həyatını itirənlərin sayı 11 nəfərə çatıb.
 
Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb.
 
Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib. 
 
Atışmadan sonra bir nəfər saxlanılıb. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları məlumata münasibət bildirməyib. 
 
Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.
 
Qeyd edək ki, bundan öncə silahlı insident zamanı səkkiz nəfər qətlə yetirildiyi bildirilmişdi. 
 
“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, silahlı insident zamanı səkkiz nəfər qətlə yetirilib.
 

Google+ WhatsApp ok.ru