Allahın dostlarından olmaq istəyənlər bu surəni oxusun!

Allahın dostlarından olmaq istəyənlər bu surəni oxusun!

 Doxsan üç ayədən ibarət olan “Nəml” surəsi Qurani-Kərimin 27-ci surəsidir və məşhur nəzərə görə, “Şüəra” surəsindən sonra Məkkədə, müxtəlif münasibətlərlə əlaqədar nazil olmuşdur.
 
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:
 
وَمَنْ قَرَأَ سُورَةَ طس كَانَ لَهُ مِنَ الْأَجْرِ عَشْرُ حَسَنَاتٍ بِعَدَدِ مَنْ كَذَّبَ مُوسَى، وَسُلَيْمَانَ، وَصَدَّقَهُ، وَصَالِحًا، وَلُوطًا، وَيَخْرُجُ مِنْ قَبْرِهِ وَهُوَ يُنَادِي: لَا إِلَة إِلَّا اللَّهُ.
 
““Ta, sin” (Nəml) surəsini oxuyana Musa və Suleyman, həmçinin Saleh və Lut peyğəmbərləri təsdiq və təkzib edənlərin sayı qədər on savab əta olunar və qiyamət günü qəbirdən “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) nidası ilə baş qaldırar.” (“Məcməül-bəyan”, uyğun surənin təfsirində.)
 
2. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:
 
من قرأ طواسين الثلاثة في ليلة الجمعة کان من أولياء الله وفي جواره و کنفه و لم يصبه في الدنيا بوس أبدا و اعطي في الاخرة من الجنة حتي يرضي و فوق رضاه...
 
“Hər kim “Ta, sin”lə başlayan üç surəni (“Şüəra”, “Nəml” və “Qəsəs” surələrini) cümə axşamı tilavət etsə, Allahın dostlarından olar, Onun lütf və mərhəməti sayəsində qərar tutar, dünyada çətinliklə əsla üzləşməz və axirətdə ona razı olduğu qədər və hətta ondan da çox behişt əta olunar...” ( “Təfsiri-nümunə”, 15-ci cild, səh.393.)
 
 Maide.az 

Google+ WhatsApp ok.ru