Alimlər yavaş gəzməkdə hansı təhlükələrin gizləndiyini aşkarlayıb 16 Oktyabr 2019 17:05 Sağlamlıq Şimali Karolinadakı Duke Universitetinin tədqiqatçıları müəyyən edib ki, yavaş gəzmək beyinin daha tez qocalması ilə əlaqədardır. Maide.Az xəbər verir ki, onların işlərinin nəticələri JAMA elmi jurnalında dərc olunmuşdur. Tədqiqatda sağlamlığı üç yaşından etibarən müşahidə olunan və test zamanı 45 yaşında olan bir neçə yüz Yeni Zelandiya sakini iştirak etmişdir. Toplanmış məlumatlara əsasən gənc yaşlarında zəka əmsalı və dil qabiliyyətləri zəif olan təcrübə iştirakçılarının orta yaşda yavaş yeridiyi aşkar olunmuşdur. Bundan əlavə, 45 yaşlı eksperiment iştirakçılarına beyin MRT olunub və məlum olub ki, yavaş yeriyən insanların beyin həcmi və beyin qabığı sıxlığı daha azdır. Onlarda həmçinin kiçik damar xəstəliyinin əlamətləri də aşkarlanmışdır. Alimlərin fikrincə bütün bunlar beynin erkən yaşlanmasına işarədir. Bundan əlavə, tədqiqatçılar səkkiz nəfərdən ibarət qrupdan fotodakı test iştirakçılarının yaşını qiymətləndirmələrini istəyiblər. Nəticədə, "yavaş gəzənlər" sürətli gəzənlərdən daha yaşlı göründükləri aşkarlanıb. Teqlər : #Alimlər,#yavaş,#gəzməkdə,#hansı,#təhlükələrin,#gizləndiyini,#aşkarlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hər 3 uşaqdan biri ya az yeyir, ya da piylənib – UNICEF Təzqiyin ölçülməsində yol verdiyiniz 5 SƏHV - Nəticə düz olmur
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir