ABŞ etiraf etdi: İraqda bazaların bombalanması nəticəsində yaralananlar var 17 Yanvar 2020 09:12 Dünya İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb. Maide.Az "RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb. “Bu həftə onlar (Yaralılar - red.) kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”. Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 hərbçinin yaralanması ilə bağlı xəbəri təsdiq edib. Onun sözlərinə görə, müalicə alan hərbçilərin xidmət üçün yararlı olduqları zaman İraqa qayıdacaqları gözlənilir. Xatırladaq ki, İran mənbələri həmin hücum zamanı ən az 80 ABŞ əsgərinin həyatını itirdiyini və onlarla əsgərin yaralandığını elan edib. ABŞ rəsmiləri isə İranın ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində kimsənin ölmədiyi və xəsarət almadığını bildirmişdi. Teqlər : #ABŞ,#etiraf,#etdi:,#İraqda,#bazaların,#bombalanması,#nəticəsində,#yaralananlar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın Əfqanıstandakı cinayətlərinə SƏRT REAKSİYA Bu gün məktəblərdə ilk dərs 20 Yanvara həsr olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO