ABŞ-da kimyəvi zavodda partlayış: Zəhərli tüstü şəhəri əsarətinə götürüb - VİDEO 15 İyun 2021 12:02 Hadisə ABŞ-ın İllinoys ştatında kimyəvi zavodda partlayışla nəticələnən yanğın baş verib. Bu barədə 1TV xəbər yayıb. Məlumata görə, bina demək olar ki, tamamilə dağılıb. Bütün rayon kükürd turşusu, azot və qurğuşun tərkibli sıx qara tüstü ilə əhatə olunub. Səlahiyyətli şəxslər, küçəyə çıxmamaq xahişi ilə əhaliyə müraciət ediblər. Ətraf evlərin sakinləri təxliyyə edilib. Alovu su ilə söndürmək mümkün deyil, bu ekoloji fəlakətə səbəb ola bilər. Belə ki, kimyəvi maddələrin zavodun cəmi üç yüz metrliyindən axan Missisippi çayına sızması təhlükəsi var. / baku.ws/ Teqlər : #ABŞda,#kimyəvi,#zavodda,#partlayış:,#Zəhərli,#tüstü,#şəhəri,#əsarətinə,#götürüb,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nəsimi rayonunun bir hissəsində su kəsilib 'Əhmədli' metrostansiyasında şaxtada qısaqapanma olub