ABŞ-da atışma olub: ölən və yaralılar var

ABŞ-da atışma olub: ölən və yaralılar var

ABŞ-ın Siettl şəhərində naməlum şəxs atəş açıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
 
Bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində bildirilib.
 
Məlumata əsasən, şübhəli şəxs hadisə yerindən qaçıb. Hazırda o hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.
 
Atışma turistlər arasında populyar olduğu yerdə açılıb. 9 və 55 yaş arasındakı 5 yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. /Trend

Google+ WhatsApp ok.ru