ABŞ-da afroamerikalı Breonna Teylor etirazları şiddətləndi

ABŞ-da afroamerikalı Breonna Teylor etirazları şiddətləndi

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində 26 yaşlı afroamerikalı Breonna Teylorun öldürülməsinə görə, polislər cəzalandırılmadıqdan sonra, şəhərdə izdihamlı etirazlar başlayıb.  

 
Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, keçirilən etiraz aksiyalarında 2 polis zabitinin vurulduğu iddia edilib. FTB-nin “SWAT” qrupunun bir polis zabitinin vurulmasından sonra işə qarışdığı qeyd olunub.  
 
NBC News-un məlumatına görə, polisin sözçüsü yaralı polislərin Luisvill Universitet Xəstəxanasına aparıldığı barədə məlumat paylaşıb.  
 
Bu yaxınlarda Luisvillin “Brook & Broadway” bölgəsində bir polis işçisinin vurulduğu barədə iddialar ortaya atılmışdı.  
 
Digər tərəfdən, Luisvilldə 3 gün saat 21:00-dən 06:30 arasında komendant saatı tətbiq edilib.  
 
Prokuror Daniel Kameron polisin Taylora qarşı güc tətbiq etməsinin ştat qanunlarına görə, qanuni olduğunu iddia etmişdi.