Ərbəinə sayılı günlər qalır: Kərbəlada xüsusi təhlükəsizlik planı həyata keçirilir - FOTO 30 Sentyabr 2020 14:18 Dünya Kərbəla Əməliyyat Komandanlığı bu gün (30 sentyabr) Ərbəin ziyarəti üçün xüsusi təhlükəsizlik planının həyata keçirilməsinə başladığını elan edib. Kərbəla Əməliyyat Komandanlığının sözçüsü general Fəhim Əl-Karbatibu barədə açıqlama verib: “Hərbi hissələr müqəddəs Kərbəla vilayətində İmam Hüseynin (ə) Ərbəin ziyarəti üçün xüsusi təhlükəsizlik planının icrasına başladılar. Plan zəvvarlar üçün lazımi təhlükəsizliyi təmin etmək üçün Bağdad, Kərbəla, Babil və Nəcəf Əşrəf vilayətlərində hərbi hissələrin yaradılmasını əhatə edir. Müqəddəs Kərbəla vilayəti, ölkənin bütün əyalətlərindən olan İraqlı zəvvarları qarşılamaq üçün açıqdır”. Kərbəla Əməliyyat Komandanlığının sözçüsü, istehkamçı qruplar, rəhbərlik qrupları və Müdafiə Nazirliyinə bağlı sağlamlıq qrupları ilə birlikdə polis, ordu və digər qüvvələrin birlikdə hərəkət edəcəyini bildirib: “Müqəddəs Kərbəla Əməliyyat Komandiri general-mayor Əli Əl-Haşimi, zəvvarların təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik planları və proqramlarının icrasını birbaşa izləyəcək”, - deyə o, bildirib. Bu arada, İraqın bütün əyalətlərindən olan zəvvarlar Ərbəin günü Kərbəlada olmaq üçün piyada yürüşlərini davam etdirir. Teqlər : #Ərbəin,#Kərbəla,#xüsusi təhlükəsizlik planı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Berlində Ərəbin münasibətilə müsabiqə keçiriləcək Parisdə güclü partlayış səsi eşidilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO