Ərəbin yürüşü: Quran dayanacaqları zəvvarla xidmət edir – FOTO

Ərəbin yürüşü: Quran dayanacaqları zəvvarla xidmət edir – FOTO

Həzrət İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının yürüş etdiyi yollarda  Nəcəf Elmi Hövzəsinin nəzarəti və İmam Hüseyn (ə) hərəminin təşəbbüsü ilə Quran dayanacaqları layihəsi icra edilməkdədir.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu barədə Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin müdiri Şeyx Həsən əl-Mənsuri xəbər verib.
 
Quran dayanacaqları dörd ildir ki, davamlı şəkildə Ərbəin zəvvarlarının Kərbəla səmtinə piyada yürüş etdiyi yollarda fəaliyyət göstərir.
 
Bu dayanacaqlarda zəvvarların Quran barədə suallarına cavab verilir, onlara namazın və Quranın səhih qiraəti öyrədilir.
 
Quran dayanacaqlarda koronavirus pandemiyası səbəbi ilə bir çox proqramlar elektron avadanlıqlar vasitəsi ilə həyata keçirilir.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru