‘Google Maps’ ölkələr üzrə koronavirusa yoluxma statistikası xidmətini istifadəyə verib

‘Google Maps’ ölkələr üzrə koronavirusa yoluxma statistikası xidmətini istifadəyə verib

"Google" korporasiyası "Google Maps"də koronavirusa yoluxma halları ilə bağlı əlavə xidməti aktiv edib.
 
"APA-Economics" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda bildirilir.
 
Məlumatda qeyd olunub ki, istifadəçilər xəritədə seçilən ərazidə həftədə 100 min nəfərə düşən orta infeksiya sayını görə bilər. Burada, həmçinin, mənfi və ya müsbət dinamika da göstərilir. Bu məlumatlar istifadəçilərin hara gedəcəklərinə qərar verməklərinə kömək edəcək.
 
Xidmət "Google Maps"in dəstəkləndiyi 220 ölkə və ərazilərin hamısı üçün əlçatandır. Yoluxmalar haqqında məlumatların "John Hopkins" universiteti və "The New York Times" qəzeti də daxil bir çox nüfuzlu mənbədən əldə olunur.
 

Google+ WhatsApp ok.ru