Şəmkirin icra başçısının məscidi sökdürüb şəhid ailəsi üçün ev tikdirdiyi bildirilir - VİDEO

Şəmkirin icra başçısının məscidi sökdürüb şəhid ailəsi üçün ev tikdirdiyi bildirilir - VİDEO

Şəmkirdə məscidi söküb  yerində  şəhid  ailəsi üçün ev tikirlər.
 
Maide.Az xəbər verir ki, bu barədə Facebook  şəbəkəsində  məlumat yayılıb.
 
Yayılmış məlumatda bildirilir ki, Şəmkir  rayonun  icra başçısı Alimpaşa Məmmədov  və onun müavini rayonunun Dəllər kəndində yarım tikili məscidi sökdürür və  yerində şəhid ailəsinə  ev tikdirir.
 
Qeyd  olunur ki, ev tikilməsi nəzərdə tutulan şəhid ailəsi özü də məscidin sökülərək  onunçün ev tikilməsini istəmir və  evin başqa ərazidə  tikilməsini tələb edir, lakin icra nümayəndələri  həmin şəhid ailəsi üçün yalnız məscidi sökərək ev tikilə biləcəyini bildirib. 
 
 
 

Google+ WhatsApp ok.ru