‘Word’ proqramında yeni seçim imkanı yaradılıb

‘Word’ proqramında yeni seçim imkanı yaradılıb

“Microsoft” korporasiyasının nümayəndələri “Word” proqramında yeni seçim imkanının yaradılması barədə xəbər veriblər.
 
Maide.Az  “Profile” saytına istinadla xəbər verir ki, Bundan sonra istifadəçilər danışıqları əlavədə yaza biləcək və ya əlavəyə öz fayllarını yükləyə biləcəklər.
 
 “Transcribe” adlı bu alət onlayn rejimdə danışıqları və ya bundan əvvəl yaddaşa verilən audiofaylları deşifrə etməyə imkan yaradır. Alınan mətni dərhal redaktə etmək və sənədlərə əlavə etmək olar. Funksiyanın istifadəsinə başlamaq üçün menyu sətrində “Diktə etmək” düyməsinə basmaq, sonra isə kontekst menyunun “Deşifrə etmək” bəndini seçmək lazımdır. Bu menyu, həmçinin kompüter mikrofonu vasitəsilə danışıqları yazmağa imkan verir.
 
Deşifrələmə aləti ilə qarşılıqlı əlaqədə olan istifadəçi alınmış mətnin abzasları arasında, səsyazmanın müxtəlif hissələrinə fərqli sürətlə qulaq asaraq, onlara keçid etmək imkanına malikdir. Avtomatik səs transkripsiyası qaçılmaz səhvləri ehtiva etdiyi üçün mətnin ayrı-ayrı hissələrinin yoxlanması funksiyası mühüm rol oynayır.
 

Google+ WhatsApp ok.ru