‘Ərəfə’ gününün əməlləri

‘Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü (30 iyul ) “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və itaətə dəvət edərək, Öz ehsan və bəxşiş süfrəsini onların üzünə açır. Bu günün bir neçə əməli vardır:
 
1. Qüsl etmək;
 
2. İmam Hüseyni (ə) ziyarət etmək: “Ərəfə” günü imam Hüseynin (ə) ziyarəti min həcc, min ümrə və min cihaddan üstün savaba malikdir. Həmin gün o həzrətin ziyarətinin fəziləti ilə bağlı çoxslu sayda hədislər nəql olunmuşdur. Hər kəs “Ərəfə” günü o həzrətin qəbrinin kənarında və türbəsində olarsa, savabı “Ərəfat”da olanın savabından heç də az deyil. Həmin gün o həzrətin qəbrini yaxından ziyarət edə bilməyən şəxs o həzrətin ziyarətnaməsini oxusun. (Həmin ziyarətnamə “Məfatihul-cinan” kitabında göstərilmişdir.)
 
3. “Ərəfə” günü “günorta” və “əsr” namazlarını açıq səma altında qılmaq və “əsr” namazından sonra iki rükət namaz qılmaq, belə ki, birinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra “Kafirun” surəsini oxumaq, eləcə də, namazdan sonra günahların bağışlanması üçün Allah dərgahında günahları etiraf etmək və daha sonra Peyğəmbərdən (s) nəql olunan bu təsbihatı oxumaq göstəriş verilir:
 
سُبْحَانَ الَّذِي فِي السَّمَاءِ عَرْشُهُ سُبْحَانَ الَّذِي فِي الْأَرْضِ حُكْمُهُ سُبْحَانَ الَّذِي فِي الْقُبُورِ قَضَاؤُهُ سُبْحَانَ الَّذِي فِي الْبَحْرِ سَبِيلُهُ سُبْحَانَ الَّذِي فِي النَّارِ سُلْطَانُهُ سُبْحَانَ الَّذِي فِي الْجَنَّةِ رَحْمَتُهُ سُبْحَانَ الَّذِي فِي الْقِيَامَةِ عَدْلُهُ سُبْحَانَ الَّذِي رَفَعَ السَّمَاءَ سُبْحَانَ الَّذِي بَسَطَ الْأَرْضَ سُبْحَانَ الَّذِي لا مَلْجَأَ وَ لا مَنْجَى مِنْهُ إِلا إِلَيْهِ
 
(Subhanəlləzi fis-səmai ər­şuh, subhanəlləzi fil ər­zi huk­muh, subhanəlləzi fil quburi qə­zauh, subhanəlləzi fil bəhri səbiluh, subha­nəl­ləzi fin-nari sultanuh, subhanəlləzi fil cən­nəti rəh­mə­tuh, subhanəlləzi fil qi­yaməti ədluh, subhanəl­lə­zi rə­fəəs-sə­ma, subhanəlləzi bə­sə­təl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh.)
 
Sonra yüz dəfə de:
 
سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
 
(Subhanəllahi vəlhəmdu lil­lahi və la ilahə illəl­la­hu vəllahu əkbər.)
 
Sonra on dəfə “əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh!”, on dəfə “ya Əllahu”, on dəfə, “ya Rəhmanu”, on dəfə “ya Rəhimu”, on dəfə, “ya bədiəs-səmavati vəl ərzi ya zəl cəlali vəl ikram”, on dəfə “ya həyyu ya qəyyum”, on dəfə “ya hənnanu ya mənnan”, on dəfə “ya la ilahə illa ənt”, on dəfə “amin!” de və daha sonra bu duanı oxu:
 
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ بِالْأُفُقِ الْمُبِينِ يَا مَنْ هُوَ الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
 
(Əllahummə inni əs`əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəy­nəl mər`i və qəlbih, ya mən huvə bil mənzəril ə`la və bil ufuqil mubin, ya mən huvər-rəhmanu ələl ərşis­tə­va, ya mən ləysə kəmislihi şəy`, və huvəs-sə­miul bəsir, əs`əlukə ən tu­səl­liyə əla Muhəmmədin və ali Muhəm­məd.)
 
Bu əməlləri yerinə yetirdikdən sonra, Allahdan öz hacətlərini istə.
 
4. İmam Hüseynin (ə) “Ərəfə” dusını oxumaq; Qalib Əsədinin övladları Bişr və Bəşirdən nəql olunur ki, “Ərəfə” gününün axır saatlarında “Ərəfat” çölündə imam Hüseynin (ə) xidmətində idik. O həzrət xeyməsindən çıxıb əhli-əyalı, övladları və şiələri ilə birgə dağın sol tərəfində dayanıb, mübarək üzünü Kəbəyə tərəf tutdu. Əllərini göyə qaldırıb, ağlaya-ağlaya “Ərəfə” gününün duasını oxumağa başladı.
 
5. Şeyx Kəfəmi “Misbah” kitabında yazır: “Ərəfə” gününün orucu həmin günə xas duaları oxumaqda özündə zəiflik hiss etməyən şəxsə müstəhəbdir.
 
6. “Ərəfə” günü imam Sadiqdən (ə) nəql olunan bu salavatları oxumaq;
 
اللَّهُمَّ يَا أَجْوَدَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مَنْ سُئِلَ وَ يَا أَرْحَمَ مَنِ اسْتُرْحِمَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمَلَإِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمُرْسَلِينَ اللَّهُمَّ أَعْطِ مُحَمَّدا وَ آلَهُ الْوَسِيلَةَ وَ الْفَضِيلَةَ وَ الشَّرَفَ وَ الرِّفْعَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَلا تَحْرِمْنِي فِي [يَوْمِ‏] الْقِيَامَةِ رُؤْيَتَهُ وَ ارْزُقْنِي صُحْبَتَهُ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِ وَ اسْقِنِي مِنْ حَوْضِهِ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ أَبَدا اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَعَرِّفْنِي فِي الْجِنَانِ وَجْهَهُ اللَّهُمَّ بَلِّغْ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مِنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما
 
(Əllahummə ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Əl­la­hummə səlli əla Muhəm­mədin və alihi fil əvvə­lin, və səlli əla Muhəm­mədin və alihi fil axi­rin, və səlli əla Muhəmmədin və alihi fil mələil ə`la, və səlli əla Muhəmmədin və alihi fil mur­səlin, Əlla­hummə ə`ti Mu­həm­mə­dən və aləhul vəsilətə vəl fəzi­lətə vəş-şərəf, vər rif`ətə vəd-dərəcətəl kəbirəh, Əlla­hum­mə inni aməntu bi Mu­həm­mədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəla təh­rim­ni fil (fi yəvmil) qiyaməti ru`­yə­təh, vərzuqni suhbətəh, və təvəf­fə­ni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə`­dəhu əbəda, innəkə əla kulli şəy`­in qədir, Əllahummə inni amən­tə bi Muhəmmədin səl­ləl­lahu ələy­­hi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəc­həh, Əllahummə bəlliğ Mu­həm­mədən səlləllahu ələy­hi və alihi minni təhi­yətən kəsirətən və səlama.)
 
7. Ərəfə günü, qürub zaman aşağıdakı duaları oxumaq:
 
يَا رَبِّ اِنَّ ذُنُوبِي لا تَضُرُّكَ وَ اِنَّ مَغْفِرَتَكَ لِي لا تَنْقُصُكَ فَأَعْطِنِي مَا لا يَنْقُصُكَ وَ اغْفِرْ لِي مَا لا يَضُرُّكَ
 
(Ya rəbbi innə zunubi la təzurruk, və innə məğfi­rə­tə­kə li la tənqusuk, fəə`­ti­ni ma la yənqusuk, vəğfir li ma la yəzurruk.)
 
اللَّهُمَّ لا تَحْرِمْنِي خَيْرَ مَا عِنْدَكَ لِشَرِّ مَا عِنْدِي فَإِنْ أَنْتَ لَمْ تَرْحَمْنِي بِتَعَبِي وَ نَصَبِي فَلا تَحْرِمْنِي أَجْرَ الْمُصَابِ عَلَى مُصِيبَتِهِ
 
(Əllahummə la təhrimni xəyrə ma indəkə lişərri ma indi, fəin əntə ləm tərhəm­ni bitəəbi və nəsəbi, fəla təhrimni əcrəl musabi əla musibətih.)
 
(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.)
 
Rza Şükürlü (Maide.Az) 

Google+ WhatsApp ok.ru