‘Microsoft’  şirkəti ‘Android’ sistemi üçün antivirus istifadəyə verib

‘Microsoft’ şirkəti ‘Android’ sistemi üçün antivirus istifadəyə verib

Şirkət “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün “Defender” antivirusunun ilkin versiyasını təqdim edib. Antivirus mobil tətbiqlərin təhlükəsizliyini yoxlayır və fırıldaqçılar haqqında xəbərdarlıq edir.
 
Maide.Az “ICTnews”a istinadən yazır ki, “Microsoft Defender” antivirusu “Android” smartfonlar üçün açıq test çərçivəsində əlçatandır. 2020-ci ilin sonunadək “iOS” üçün versiyanın çıxarılacağına dair söz verilib.
 
“Microsoft”un mobil antivirusun əsas məqsədi fırıldaqçıların istifadəçilərin şifrlərini, bank kartlarının məlumatlarını və başqa vacib informasiyaları ələ keçirməsinin qarşısını almaq üçün fişinq hücumlarından müdafiədir. Bu proqram şübhəli bir göndərəndən məktub aldığınız və ya etibarsız sayta daxil olduğunuz barədə avtomatik rejimdə xəbərdarlıq edə bilər.
Bundan başqa, “Microsoft Defender” antivirusu bütün yeni proqramları mümkün zərərverici kodun olub-olmaması baxımından yoxlayır: hər bir proqramın quraşdırılmasından sonra onun təmiz və ya potensial təhlükə mənbəyi olması barədə bildiriş göstəriləcək.
 

Google+ WhatsApp ok.ru